• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2130
— 06.04.2020 19:04

Hafiz Verdiyev karantindən evə buraxılıb

KepezTV Player

Karantinə alınan vətəndaşlarımız arasında idmançılar da var. Onlardan bəziləri səhhətində problem yaranmadığından artıq evə buraxılıblar.

Evə yazılanlar arasında pauerliftinq üzrə dəfələrlə dünya və Avropa çempionu, əməkdar idman ustası Hafiz Verdiyev də var. Gəncəli idmançının ikinci testinin nəticəsi də neqativ çıxıb və bu səbəbdən o, karantindən evə buraxılıb.

Hafiz Verdiyev vətəndaşları xüsusi karantin rejimində sosial izolyasiya tədbirləri çərçivəsində tələb olunan qaydalara riayət etməyə, evdə qalmağa çağırıb.

Pauerliftinq üzrə ölkənin ən titullu idmançılarından biri olan Verdiyev uğurlarına görə ölkə başçısı tərəfindən mənzillə təltif olunub. Xatırladaq ki, Hafizin şəxsi məşqçisi nailiyyətlərinə görə ondan geri qalmayan Rüfət Ağayevdir.