• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1937
— 06.04.2020 12:08

Əlcəklə, yoxsa əlcəksiz? Əllərimizdəki "potensial təhlükə"

KepezTV Player

İndi əksəriyyət koronavirusdan qorunmaq üçün nəinki tibbi maska, əlcəklərdən də istifadə edir. Amma əfsuslar olsun, kortəbii, düzgün istifadə təlimatlarını bilmədən. Belə olan vəziyyətdə isə virusdan qorunmaq bir kənara, onu yaymaq ehtimalı çoxalır. Bəs, nə etməli? Əməkdaşımız Nazənin Zaman mövzunu araşdırıb, izləyək.

Əlcəklə yoxsa, əlcəksiz? Koronavirus bəlası yayılandan sonra əksəriyyət bu sual bu barədə düşünür. Bəs, görəsən tibbi əlcəklər bizi virusdan qoruyurmu? Ümumiyyətlə, sözügedən tibbi vasitələrdən istifadə nə dərəcədə zəruridir.

Təbibin şöbə müdiri Yaqut Qarayeva da əlcəklərdən tibb işçilərinin istifadəsinin tərəfdarı olduğunu bildirir.

Ümumdünya Səhiyyə Təşkilatı da adi halda tibbi əlcəkdən istifadəni dəstəkləmir, onu "potensial təhlükə" adlandırır. Amma bununla belə, əlcəklərlə bağlı formalaşan yalnış təsəvvür ona olan təlabatı günü-gündən artırır. Bəs maraqlıdır, artan təlabatı ödəmək mümkün olurmu?

Mütəxəssislər əlcək taxmaqda israrlı olanlar üçün istifadədən əvvəl əlləri sabunla yumağı tövsiyə edirlər. Onu taxan zaman isə mümkün qədər diqqətli olub, ovuc içlərinə toxunmamağı, eyni zamanda düzgün çıxarılma qaydasına əməl etməyi məsləhət görülür.

İstənilən halda, qoruyucu vasitələrdən rasional istifadə şərtdir və onların səhiyyə işçiləri üçün çatışmama ehtimalı mütləq nəzərə alınmalıdır.