• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 780
— 06.04.2020 12:22

Xocalı polisi “Evdə qal” devizi altında aksiya keçirib

KepezTV Player

Ölkə ərazisində koronavirus pandemiyası ilə əlaqədar imtiyazlı və aztəminatlı ailələrə sovqat yardımını Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları da edib. Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində və bir neçə kəndində yaşayan, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan soydaşlarımızın ailələrinə, eləcə də maddi cəhətdən imkanı aşağı olan aztəminatlı ailələrə, yaşı 65-dən yuxarı olan və tənha yaşayan vətəndaşlara ərzaq məhsullarından və tibbi ləvazımatlardan ibarət sovqat verilib. “Evdə  qal” devizi altında onlarla maarifləndirici söhbətlər aparılıb, Virusun tez bir zamanda qarşısının alınması məqsədilə həyata keçirilən sosial izolyasiya tədbirlərinə riayət edilməsi tövsiyə olunub. Bununla yanaşı polis əməkdşaları gündəlik olaraq xidməti ərazilərində xüsusi səs gücləndiriclərlə əhalini evdə qalmağa səsləyirlər.