• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1719
— 05.04.2020 20:31

Azərbaycanda koronovirusdan daha 2 nəfər öldü

KepezTV Player

Azərbaycan Respublikasında kpronavirus (COVİD-19) infeksiyasına yoluxmuş iki şəxs vəfat edib. Ölənlərdən biri, 89 yaşlı şəkərli diabet xəstəsi, digəri isə 64 yaşlı ürəyin işemik xəstəliyi, arterial hipertenziya və şəkərli diabet xəstəliyi diaqnozları olan şəxsdir.Onlardan COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb. Xəstələrin səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib. Hazırda şəxslərin ailə üzvləri və ünsiyyətdə olduğu digər insanlar müəyyən edilir və karantinə götürülür.Gün ərzində ölkə ərazisində koronavirus (COVID-19) infeksiyasına yeni yoluxma faktının sayı isə 63 olub. Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 21 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata əsasən, hazırkı dövrədək ölkəmizdə 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 26 nəfəri müalicə olunaraq sağalıb, 7 nəfər vəfat edib, 545 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.