KepezTV Player
Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosu Azərbaycanın işğal edilmiş ərazilərində təşkil olunmuş qondarma “seçkilər” ilə bağlı açıqlama verib. Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, BMT-dən sonra ikinci ən böyük siyasi platforma olan və 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatı ərazilərin güc yolu ilə əldə edilməsinin yolverilməz olduğunu vurğulayaraq, Azərbaycan Respublikasının ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin heç bir ölkə tərəfindən qanuni tanınmayacağını bəyan edib. Bununla əlaqədar olaraq, Qoşulmama Hərəkatı üzv ölkələri bu ilin 31 mart tarixində Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma “seçkiləri” tanımadıqlarını və onları qanunsuz hesab etdiklərini ifadə edib.
- Baxış: 193