• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 928
— 05.04.2020 12:07

Azərbaycanda birdəfəlik ödəmənin məbləği məlum oldu

KepezTV Player

Bu ilin aprel-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətində işsiz kimi qeydiyyata alınmış 200 minə qədər şəxsə yaşayış minimumu qədər - 190 manat birdəfəlik ödəniş veriləcək. Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi, "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" ölkə prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı Tədbirlər Planında öz əksini tapıb. Bu məqsədlə 70 milyon manat ayrılıb.**Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üçün ayrılan kompensasiyanın məbləği açıqlanıb. 300 min fərdi sahibkara 80 milyon manat vəsait veriləcək. **Azərbaycanda pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün ayrılan kompensasiyanın məbləği müəyyən olunub. 300 min nəfəri əhatə edəcək muzdla çalışan işçilərə ödəniş edilməsi üçün 215 milyon manat vəsait ayrılacaq.**Bu ilin aprel-may aylarında Azərbaycanda 50 min ictimai iş yerinin yaradılması da nəzərdə tutulub. Məqsəd işsiz vətəndaşların müvəqqəti məşğulluğunun təmin edilməsidir. Bunun üçün 30 milyon manat ayrılıb.