• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2068
— 04.04.2020 20:05

Toğrul Əsgərov XXI əsrin ən yaxşıları sırasında

KepezTV Player

Olimpiya çempionu Toğrul Əsgərov yenidən medianın diqqət mərkəzinə düşüb. Gəncəli pəhləvanın adı bu dəfə ən yaxşı güləşçilərin top-10-luğunda yer alıb.

Güləş sahəsindən yazıları və araşdırmaları ilə bütün dünyada məşhur olan Arip İbrahimov bir müddətdir ki, 21-ci əsrin ən yaxşı güləşçilərin siyahısının tərtibatı ilə məşğuldur. Rusiyalı jurnalist reytinqi olimpiya oyunları, dünya və avropa çempionatları, o cümlədən digər ən mötəbər turnirlərdə qeydə alınan nəticələrə əsasən müəyyənləşdirir.

Toğrul İbrahimovun 58 və 60 kq-ları birləşdirdiyi 61 kq çəki dərəcəsi üzrə top-10-luğun 3-cü sırasında yer alıb. Əvvəllər 60 kq-da çıxış edən Əsgərov 2012-ci ildə bu çəkidə London Yay Olimpiya Oyunlarının qalibi olub. Jurnalist hazırladığı video materialda həmyerlimizin digər uğurlarına da nəzər salaraq onun müstəqil Azərbaycanda anadan olan ilk və ölkəmizin ən gənc olimpiya çempionu olduğunu vurğulayıb.

Arip İbrahimov Toğrulun nailiyyətlərini sadalayarkən Rio olimpiadasında və dünya çempionatında gümüş, Avropa çempionatında və Avropa Oyunlarında qızıl medal qazandığını xatırladıb. Materialda onun Gəncə güləş məktəbinin yetirməsi olduğuna da diqqət çəkən həmkarımız Toğrul Əsgərovun 19 yaşında Londonda qələbə qazanmaqla sərbəst güləşin tairixnə ən gənc olimpiya çempionu kimi düşdüyünü də əlavə edib.