• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1555
— 04.04.2020 19:49

Şəhid kapitanın ailəsi "Heyat evdədir" deyir

KepezTV Player

Bu gün şanlı aprel qələbəsində ölümün ən ali zirvəsinə ucalan kapitan İnqilab Quliyevin şəhadətinin ildönümüdür. Amma ailəsi ötən illərdə olduğu kimi bu günü Gəncənin Şəhidlər Xiyabanında, şəhidin məzarı önündə deyil, dövlət tərəfindən verilən mənzillərində anırlar. Canı bahasına işğal altındakı torpaqların azadlığı uğrunda vuruşaraq şəhid olan İnqilab Quliyevin ailəsi üçün bu asan olmasa da onlar ölkəmizdə mövcud olan xüsusi karantin rejiminə qeyd-şərtsiz əməl edirlər. Həyat evdədir çağırışına qoşularaq, hər kəsi karantin dövrünü evdə keçirməyə səsləyirlər.

Polis - Çağırış səsi...&nbsp;<br>(<span style="color:red">(K/A)</span>) Hazırda şəhərin bütün küçə və prospektlərində, məhəllələrarası yolarda əhalinin küçəyə çıxmaması üçün səsgecləndiricilər vasitəsilə çağırışlar edilir. Sakinlərə evdə oturmaq tövsiyyə olunur. Tələblərə qeyd-şərtsiz əməl edənlər sırasında şəhid kapitan İnqilab Quliyevin ailəsi də var. Sosial izolyasiya çağırışına vərəndaş məhsulliyyəti ilə yanaşan şəhid atası şəhər sakinlərini də intizamlı olmağa səsləyir.

Çingiz dayınının çağırışına kiçikdən böyüyə bütün ailə üzvləri  dəstəkdir. Ələxsus da ömür-gün yoldaşı Sədaqət xanım evdə qalmağın çətin olmadığına diqqət yetirir. Çünki tələblərə baldan şirin olan nəvələrinin, əzizlərinin, doğmalarının və millətimizin sağlamlığı nöyteyi-nəzərdən yanaşır.

İki igid oğul anası Lalə Quliyeva da evdə karantin rejimini faydalı dəyərləndirir. Övladlarının təhsilinə daha çox vaxt ayırır. Balaca Əyyam və Hüsey də dərslərinə maraq göstərir və ciddi yanaşır. Təşkil edilən online dərslərə qoşulur, fəallıq nümayiş etdirirlər. Eləcə də boş vaxtlarını da bada verməyib idmanla məşğul olurlar.