• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1230
— 04.04.2020 12:30

Karantin rejimini pozan 9 nəfər inzibati qaydada həbs edilib

KepezTV Player

Ötən gün ərzində 1199 nəqliyyat vasitəsinin hərəkəti məhdudlaşdırılıb. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, zərurət olmadan yaşadığı mənzildən çıxaraq nəqliyyat vasitələri ilə postların yerləşdiyi ərazilərdən keçməyə cəhd göstərməklə karantin rejiminin pozulmasına görə 2189 sürücü və sərnişinin barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilib. Sutka ərzində respublikanın şəhər və rayonlarında təşkil olunmuş xüsusi polis postlarından, o cümlədən həmin postlardan kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə və karantin rejimlərini pozduqlarına görə ümumilikdə 5062 nəfərə, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq edilib, 9 şəxs isə inzibati qaydada həbs olunub.