Dövlət İmtahan Mərkəzi tərəfindən şagird və abituriyentlər üçün nəzərdə tutulan xidmətlər müəyyən proqramlar tərtib olunaraq onlayn qaydada təklif olunur. Xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar təklif olunan bu xidmətlərdən istifadə edənlərin sayı artıb. İnternet resurslarında yerləşdirilən dərslərə maraq da böyükdür.
Orta məktəblərdə dərslərin martın əvvəllərindən etibarən dayandırıldığı nəzərə alınaraq Dövlət İmtahan Mərkəzi şagird və abituriyentlər üçün yeni layihələrə start verib. Şagirdlər üçün ödənişsiz onlayn sınaq imtahanı imkanı yaradılıb. Şagirdlərin istifadə etməsi üçün 40-dan artıq ödənişsiz imtahan növü olan portal istifadəyə verilib. Martın 29-dan etibarən portalda qeydiyyatdan keçən istifadə sayı 10.000-i ötüb.
Nəsimi Məmmədov - DİM-in Gəncə regional bölməsinin müdiri: Son dövrlər Dövlət İmtahan Mərkəzinə edilən müraciətlərin çoxalmasını nəzərə alaraq, karantin rejimi dövründə onlayn iş rejiminə keçilməsinə qərar vermişdir.Belə ki, DİM-in bütün əməkdaşları onlayn iş rejimində çalışırlar.Məsafədən onlayn şəkildə xidmət göstəririk.Dövlət İmtahan Mərkəzi tərəfindən bir müddət öncə otk.az portalı yaradılmışdır.Abituriyentlər burada onlayn şəkildə sınaq imtahanlarını həyata keçirirlər.
Dərslərin dayandırıldığı tarixdən sonrakı dövrə aid mövzular üzrə hazırlanan “vizuallaşdırılmış dərs”lər mərkəzin internet resurslarında yerləşdirilib. Son 20 gün ərzində kanala yerləşdirilən dərslərə baxış sayı 100 mindən artıq olub.
Nəsimi Məmmədov - DİM-in Gəncə regional bölməsinin müdiri: Onu qeyd edə bilərəm ki, abituriyent və şagirdlərin hazırlaşması, evdə qalaraq öz tədrislərini davam etdirmələri üçün, DİM tərəfindən “vizuallaşdırılmış dərs”lər layihəsi həyata keçirilir.5-6-7-ci siniflər üçün nəzərdə tutulan dərsliklər yutubda yerləşdirilmişdir.Yerləşdirilən bütün dərsliklər uzun müddətdir faəliyyət göstərən və DİM-lə əməkdaşlıq edən ekspertlər tərəfindən yoxlanır.
Hər bir şagird məktəbi bitirdikdən sonra attestasiyadan keçmək və müvafiq bilikləri varsa, təhsilini növbəti pillədə davam etdirmək imkanını əldə etməlidir. Lakin bu il virus həyatımıza müdaxilə etdi, onu dəyişdi, amma virus həyatımızı məhv edə bilməz. Həyat davam etməlidir! İndi biz onu virusdan müdafiə etməyi öyrənməliyik. Biz sağlam qalmalıyıq!
- Baxış: 476