• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 954
— 03.04.2020 20:06

“Həyat evdədir!” deyib, “Qara qu quşu”ndan qorunmağa çağırdı

KepezTV Player

Bütün bəşəriyyəti lərzəya salaraq, dünyanı öz ağuşuna alan karanavirus epidemiyasına yoluxmamaq üçün “Həyat evdədir!” təşəbbüsünə qoşularaq xalqı bu şüara əməl etməyə çağıranlardan biri də əməkdar mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri Xəzangül Hüseynovadır. Şairə də evdə qalaraq həyatın evdə olmasını özünə məxsusluğu ilə dəyərləndirir. Əməkdaşımız Elnur Vahidoğlu da şairənin bu özünə məxsusluğu ilə yaxından tanış olub. İzləyək

Xəzangül Hüseynova - şairə: Mən “Qara qu quşu” sözünü ilk dəfə hörmətli vitse prezidentimiz Mehriban xanımın müraciətində eşitmişəm. İstər istəməzdə məndə bu şer doğuldu. “Qara qu quşu” şeri...

Xəzangül Hüseynova karanvirus epidemiyasının insanların başına gətirdiyi bəlanı özünəməxsus şəkildə, qələmin dili ilə təsvir edib. Şairə çıxış yolunu həmrəylik nümayiş etdirməklə deyilən qaydalara əməl etməkdə gürür. Evdə oturub “Həyat evdədir!” təşəbbüsə qoşulur.

Xəzangül Hüseynova - şairə: Çaliş ki, evdə qal evdədir həyat Evdəki istəyi, sevgini oyat Qurtaraq virusdan vardı bircə yol Evdə qal ay insan ancaq evdə ol. Bu çağrışa özümdə hər an qoşuluram və həmişə evdəyəm. Evdəki həyat istər istəməz adamın özünün xüsusi cazibadarlığı ilə cəlb edir. Öz ailəmizin xətrinə, Azərbaycan xalqının xətrinə nəhayət bəşər əhlinin xətrinə biz mütləq evdə qalmalıyıq.

12 kitabı işıq üzü görən, nəşrləri Türk, Rus və Gürcü dillərinə tərcümə olunan 73 yaşlı şairə evdə qalaraq öz yaradıcılığı ilə də məşğul olur, yeni kitabını nəşrə hazırlayır.

Xəzangül Hüseynova - şairə: Kitabları da vərəqləyirəm. İlk vaxtlarda pozeiyaya nə cür gəlmişəm ona da baxıram, ilk şerlərimə baxıram. İlk şerimi yazdığım məqamları xatırlayıram. Elə tədbirlər olar ki, o mənim yaddaşımdan silinib gedə bilər. Ancaq şəkilə baxanda o yadıma düşür. Bizim Gəncə Bölməsinin bütün tədbirlərini çəkibsiz özü də çox yaxşı effektlə alınıbdı. Onların hamısına bir-bir baxdıqca insanın dərkində özümüzündə başa düşmədiyimiz siqnal çalınır.Mən bütün ürəyimlə insanlara, xalqımıza müraciət edirəm. Gəlin həm özümüzə kömək edək, həm də ətrafdakılarımıza kömək edək. Bununda bircə yolu var, çalışaq evdə qalaq. Həyat evdədir, bunu bizim dahi adamlarımızda, dövlət başçımızda deyir.Tezliklə bu virusdan qurtarmağın bircə yolu var ancaq evdə qalmaq. Həyat evdədi.

“Məhəbbətin qənimi” və “Xərabət gözəli” pyesləri tamaşaya qoyulan şairə hazırda səhnə üçün “Vətən həsrəti” adlı pyes yazır. Müasir dövrümüzdə cəmiyyətimizdə olan problemlərdən, ailə məişət qayğılarından bəhs edən bu əsərin ilin sonuna kimi səhnəyə qoyulması nəzərdə tutulur.