• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1600
— 03.04.2020 13:24

Yeni subartezian quyuları bəzi çətinlikləri aradan qaldıracaq

KepezTV Player

Prezident İlham Əliyev Göygöl rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncamından 13 min 774 nəfər rayon əhalisi faydalanacaq. 7 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə yanaşı əhalinin içməli suya tələbatı da ödəniləcək. Bu məqsədlə 10 ədəd subartezian quyusu qazılacağı xəbəri sakinləri sevindirib.  

Adil Qarayev - Xəqani kənd bələdiyysənin sədri: Suya ehtiyac böyük idi. Bizim kəndimizdə 320 hektara yaxın payızlıq dənli bitkilər səpilib. Birinci suvara suyu aparılsada əhalimiz ikinci suvarmanı aparmaqda çətinlik çəkirdi. Bu sərəncamdan sonra irəli gələn bütün vəzifələr həyata keçirildikdən sonra əhalinin suya olan ehtiyacının ödəniolməsində müsbətə doğru xeyli dəyişikliklər olacaq.

Xəqani kəndi ilə yanaşı ətraf yaşayış məntəqələrində qazılacaq artezian quyuları 200 hektar sahənin əkin dövriyyəsinə cəlb edilməsinə imkan yaradacaq. Bundan başqa bəzi kəndlərdə əhalinin içməli suya təlabatı ödənilməklə həyətyanı sahələrinin suvarması yaxşılaşacaq.

Fəxri Hüseynov - sakin Bu çətin dövrdə Balçılı kəndi üçün dövlət başçısı: tərəfindən 2 artezian quyusunun qazılması balçılı camaatı üçün demək olar bir bayramdır. Yeni artezian quyusu əkin sahələrində suvarma işlərinin aparılmasında çox böyük töhfə verəcək. Buda respublikamızda ərzaq təhülkəsizliyinə və vətəndaşların daha çox gəlir əldə etməsinə şərait yaradacaq.

İşlər Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tətəfindən görüləcək. Bu məqsədlə 700 min manat ayrılıb. Sərəncamın icrası növbəti suvarma mövsümünədək başa çatdırılmalıdır.  

Xəyal Bağırov - Göygöl Suvarma Sistemləri İdarəsinin mühəndisi: Hacıməlik, Qırıxlı, Nadil, Balçılı, Xəqani, Haçaqaya və Quşqara kəndlərində ölkə prezidentinin sərəncamı ilə 10 ədəd subartezian quyusu qazılacaq. Bu subartezian quyularının istismarı ilin yekununa qədər reallaşacaq.

Ötən il ölkə prezidentinin sərəncamı ilə rayonda 7 subartezian quyusu qazılıb. Hazırda Göygöl Suvarma Sistemləri İdarəsi 15200 hektar əkinə yararlı torpaq sahəsinin suvarılması üçün 300-ə yaxın subartezian quyusundan, 10 nasos stansiyasından və təbii çaylardan istifadə edir.

 

Natiq Hüseyn