• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2396
— 03.04.2020 12:10

Səmədovların ev tapşırığı

KepezTV Player

Koronavirus pandemiyası idman sahəsində təmsil olunanları “işsiz” qoyub. Bu sahədə çalışan və evdə oturan digərlərindən fərqli idmançılar mütləq aktiv olmalı, məşqsiz qalmamalıdırlar.

Mövcud duruma uyğun olaraq qismən də olsa, vəziyətdən çıxış yolu tapılıb. İdmançılar ev şəratində hazırlıq keçməyə məcbur olublar. Elə “Kəpəz”in futbolçuları kimi. Gəncə klubunun şərəfini qoruyan Əli və Ümid Səmədov qardaşları məcburi istirahət dövründə fiziki formalarını qorumaq üçün evdə məşq edirlər. Hazırlıq prosesi gündə bir dəfə olmaqla 45 dəqiqəlik müddəti əhatə edir. Futbolçular müəyyən hərəkətləri yerinə yetirirlər.

“Kəpəz”in 23 yaşlı kapitanı Əli Səmədov 18 yaşından peşəkar səviyyədə futbolla məşğuldur. 16 yaşlı olan qardaşı isə ötən ildən “Kəpəz”in əsas komandasına cəlb olunub. “Sarı-göylər”in məşqçilər korpusu ilə yanaşı, evdəki hazırlıq prosesinin gedişini futbolçuların atası, UEFA-nın B kateqoriyalı məşqçilik lisenziyasına malik İlham Səmədov da nəzarətdə saxlayır. Bu onların üstünlüyü olsa da, evdə məşq etməyin də öz çətinlikləri də var.

“Kəpəz”in məşqləri martın 14-dən dayandırılıb. Futbolçular həmin günə təsadüf edən sonuncu hazırlıq prosesindən sonra evə buraxılıblar. Məşqçilər tərəfindən oyunçular üçün fərdi məşq proqramı hazırlanıb. Bu, indiki şəraitdə fiziki hazırlığı qorumağa hesablanan planın tərkib hissəsidir.