• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2228
— 02.04.2020 20:32

Ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub

KepezTV Player

Ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel saat 00:00-dək Prezident Administrasiyasının və Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının əməkdaşları Milli Məclisinin deputatları və Aparatının əməkdaşları dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və onların müavinləri Xarici İşlər Nazirliyinin əməkdaşları Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və onun tabeliyindəki qurumların əməkdaşları dövlət əhəmiyyətli və həyat təminatı obyektlərinin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin əməkdaşları dövlət səhiyyə orqanlarının və qurumlarının (müəssisələrinin), özəl səhiyyə müəssisələrinin əməkdaşları hüquq mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillər kütləvi informasiya vasitələrinin əməkdaşlarının xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə yol verilir.Bütün digər şəxslərin yaşayış yerini tərk etmələrinə bu halda icazə verilir:təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar; yaxın qohumunun dəfnində iştirakla əlaqədar.