• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1383
— 02.04.2020 20:30

Aprel döyüşləri: tariximizin şanlı səhifəsi

KepezTV Player

Azərbaycan Ordusunun parlaq tarixi qələbəsi olan şanlı Aprel döyüşlərindən dörd il ötür. Sözsüz ki, ilk növbədə bu döyüşlər xalqın orduya inamını artıqmaqla siyasi mövqeyindən, sosial durumundan, maddi vəziyyətindən, əqidəsindən asılı olmayaraq hər bir kəs üçün qürur yaratdı. Düzdür şəhidlər verdik, itkilərimiz oldu. Lakin işğal altında inləyən ərazilərimizin bir qismini geri qaytardıq, düzmən üzərində hərbi və psixoloji üstünlük əldə etdik və onların hərəkətini nəzarətdə saxlamaq imkanı qazandıq.

2016-cı ilin aprel döyüşləri gənclərdə hərbi-vətənpərvərlik ruhunu artırdı, qələbə əzmini yüksəltdi. Döyüşlər Azərbaycan hərbiyyəsinin nəyə qadir olduğunu bütün dünyaya göstərdi. Azərbaycan əsgərinin yüksək peşəkarlıq və mərdlik nümayiş etdirməsi, düşmənə sarsıdıcı zərbələr endirməsi qarşı tərəfdə həm panika, həm də qorxu yaratdı.

Azad Bayramov  tarixçi-alim:Aprel döyüşləri Azərbaycan və Ermənistan arasında davam edən müharibə tarixində Azərbaycan xalqının ən böyük qələbəsi oldu.Bu döyüşlərdə Ermənistan ordusu çox böyük itki verdi.Çünki Azərbaycan xalqı öz vətəni uğrunda, öz torpaqları uğrunda mübarizə apardı.Bu müharibə bütün dünyaya bir daha göstərdi ki, Azərbaycan xalqı öz torpaqlarını işğalçılardan azad etmək iqtidarındadır.

Aprel döyüşləri Azərbaycan xalqının və Ordusunun tarixi ərazimiz olan Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi üçün hər cür fədakarlığa və hərbi qüdrətə hazır olduğunu düşmənlə sübut etdi. Ən əsası isə Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə illər sonra xalqımıza qələbə sevinci yaşatdı, orduya olan inam hissini artırdı.

Azad Bayramov  tarixçi-alim:1994-cü ilin may ayında Azərbaycan və Ermənistan arasında atəşkəs haqqında müqavilə imzalanmışdı.Həmin tarixdən bəri belə bir döyüş olmamışdı.Bu döyüş Azərbaycan xalqını bütün dünyaya tanıtdı.Bütün dünyaya sübut etdi ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir.Biz Azərbaycan dövlətinə, onun Ali Baş Komandanı cənab İlham Əliyevə inanırıq, onun ətrafında sıx birləşərək hazırıqki, onun bir əmri ilə öz torpaqlarımızı işğaldan azad edək.

Azərbaycan dövləti 4 il əvvəl cəbhənin Ağdərə-Tərtər-Goranboy və Xocavənd-Füzuli istiqamətində həyata keçirilən əməliyyatla Azərbaycanın ərazi bütövlüyünü təmin etməyə qadir olduğunu nümayiş etdirdi. Əsgərlərimizin şanlı döyüş yolu, göstərdikləri şücaətlər heç zaman unudulmayacaq. Xalqımız torpaqlarımızın bütövlüyü naminə canından keçən Vətən övladlarının, şəhidlərin xatirəsini daim dərin hörmətlə anacaq.

Valeh Anaroğlu