• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1282
— 31.03.2020 20:35

Futbolçular üçün fərdi hazırlıq məsləhəti

KepezTV Player

Koronavirus pandemiyası səbəbindən bir müddətdir ki, bütün idman yarışları ləğv olunub. Bu sırada AFFA tərəfindən ənənəvi olaraq hər il keçirilən aşağı yaş qrupları üzrə komandaların ölkə birinciliyi də var.

Martın əvvəlində dayandırılan yarışların təxirə salınması müddəti aprelin 20-dək uzadılıb. Təbii ki, oyunların keçirilməməsi, idman qurğularının bağlanması, xüsusi rejim və tətbiq olunan sosial izolyasiya tədbirləri kollektiv məşqləri mümkünsüz edib.

Futbolçular meydanda məşq etməsələr də, onların fərdi qaydada hazırlaşması üçün məşqçilər tərəfindən xüsusi tövsiyyələr verilib.

Məşqsiz dönəmdə hər bir idmançı üçün əsas qayğı çəkini qoruyub saxlamaqdır.

Mətləb Məmmədov əksər məşqçilərin yetirmələrinin durumunu mütəmadi olaraq nəzarətdə saxlamaq üçün telefon əlaqəsi qurduğunu bildirib.