• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1044
— 02.04.2020 12:36

9 nəfər spirtdən zəhərlənib, 4-ü ölüb

KepezTV Player

Martın 21-dən 30-dək Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə “Metil spirti” zəhərlənməsi diaqnozu ilə 9 xəstə müraciət edib.Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən verilən məlumata görə,zəhərlənənlərdən 4-ü dünyasını dəyişib.“Metil spirti” zəhərlənməsi ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi də vətəndaşlara çağırış edib: “Apteklərdə satışda olan dezinfeksiyaedici etanol tərkibli məhluldan - tibbi etil spirtindən yalnız dezinfeksiya məqsədilə istifadə olunması tövsiyə olunur. Adıçəkilən məhlulun hər hansı durulaşmada daxilə qəbulu təhlükəli və yolverilməzdir. Bu cür zəhərlənmə insanın vəziyyətinin pisləşməsi ilə - dərinin və selikli qişaların göyərməsi, nəfəs darlığı, genişlənmiş göz bəbəkləri, konvulsiyalar və tənəffüs çatışmazlığından ölümə səbəb ola bilər. Əhali diqqətli və ehtiyatlı olmağa çağırılır”.