• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2165
— 01.04.2020 19:13

Cüdoçular fərdi hazırlaşırlar

KepezTV Player

Son zamanlar gündəmi zəbt edən koronovirus epidemiyası ilə bağlı insanların fəaliyyətlərinin məhdudlaşdırılması idman sahəsindən yan keçməyib. Amma idmançılar qismən də olsa, vəziyyətdən çıxış yolunu tapıblar. Onlar fərdi qaydada evdə hazırlaşırlar. Belələri arasında gəncəli cüdoçu Murad Cavadov da var.

Yeniyetmə tatami ustası zalda məşq edə bilməsə də, hazırlığını evdə davam etdirir. Cavadov formadan düşməmək üçün məşqçilərin tapşırıqlarına uyğun şəkildə gündəlik olaraq bir sıra fiziki təmrinləri yerinə yetirir. Bu da onun gələcək yarışlar üçün hazırlıq səviyyəsinə hər halda müsbət təsir edəcək.

Məşqçi Xanəhməd Rzazadə öz növbəsində yetirmələri ilə daimi maraqlandığını və verilən göstərişlərə əməl edən idmançıların fiziki formalarını qoruduqlarını deyib.

Murad Cavadov yeniyetmə olmasına baxmayaraq bir çox nailiyyətlərə imza atıb. 55 kq çəki dərcəsində çıxış edən 15 yaşlı cüdoçu yerli və beynəlxalq yarışların qalibi və mükafatçısı olub.