• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1094
— 01.04.2020 19:02

Qayda pozanlar cərimələniblər

KepezTV Player

Edilən xəbərdarlıqlara məhəl qoymadan qanunu pozanlar elə qanunauyğun şəkildə cəzalandırılır. Sıradakı materialımız paytaxt Bakıda qeydə alınan faktlarla bağlıdır. İzləyək.

Bakıda polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Binəqədi rayonu 7-ci mikrorayon ərazisində gecə saatlarında fəaliyyət göstərən kafe aşkar olunub. Həmin kafenin sahibi paytaxt sakini Elgiz Rəhimov və obyektdə olan 7 nəfər müştəri saxlanılaraq Binəqədi RPİ-nin 5-ci Piolis Bölməsinə gətiriliblər.

Kafenin sahibi Elgiz Rəhimov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək inzibati qaydada həbs edilib. Kafedə olan müştərilər cərimə ediliblər. Xüsusi karantin rejimi tədbirlərinin gücləndirilməsi məqsədi ilə polis əməkdaşları tərəfindən vətəndaşlarla profilaktik söhbətlər də aparılır.

Daxili İşlər Nazirliyi vətəndaşları koronavirus pandemiyası ilə mübarizədə virusun ölkədə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə elan edilən xüsusi karantin rejiminə əməl etməyə çağırır.