• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1098
— 01.04.2020 19:29

Deputat, polis və icra nümayəndələrinin maarifləndirici reydi

KepezTV Player

Gəncədə deputat, polis və icra nümayəndələrinin birlikdə maarıfləridici reydi Kəpəz rayonunun inzibati ərazisində də baş tutub. Supermarket və apteklərə baxış zamanı sahibkarlar və sakinlərlə fərdi qaydada söhbətlər aparılıb, koronavirus pandemiyası ilə bağlı əməl edilməli olan məsələlər diqqətə çatdırılıb. Nizami savxozu adlanan ərazi, 3 və 4-cü mikrorayonlar, Alüminiumçular qəsəbəsi və digər ərazilərdə yerləşən ərzaq mağazalarında əsasən qablaşdırılmamış məhsulların olmaması, un məmulatları bölmələri və giriş-çıxışda gigiyenik qaydalara riayət olunması tövsiyə olunub. Bundan başqa küçədə və parklarda olan şəhər sakinlərinə sağlamlıqlarını qorumaq üçün evdə qalmaları bir daha xatırladılıb.