• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1120
— 01.04.2020 19:33

Sakinlərə əlcək və maska verilib

KepezTV Player

Ölkənin ikinci böyük şəhərində koronavirusla bağlı maarifləndirmə tədbirləri davam etdirilir. Bu günə təsadüf edən reyd şəhərin Nizami Gəncəvi prospektindən start götürüb. Proses Gəncə Şəhər İcra Hakimiyyətində Konoravirusa Qarşı Mübarizə Qərargahının nümayəndələri, Nizami və Kəpəz Rayon bələdiyyələri, Baş Polis və Səhiyyə İdarələrinin əməkdaşlarının iştirakı ilə reallaşıb. Yoxlama zamanı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarını pozan vətəndaşlar saxlanılıb, onlara zərurət yaranmadığı təqdirdə evdən çıxmamaqları barədə ciddi tapşırıqlar verilib. Reyddə pərakəndə satışla məşğul olan şəxslər də diqqətdən kənarda qalmayıb. Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini Oqtay Süleymanlı sanitar qaydalara əməl etməyənlərə son dəfə xəbərdarlıq edib. Süni qiymət artımının olub-olmamasıyla bağlı əzcaxanalara da baş çəkilib, əhaliyə tibbi maska, spirt və əlcəkdən istifadə tövsiyə olunub. Maska tapmadığını iddia edən şəhər sakinləri pulsuz tibbi maska və əlcəklərlə də təmin olunub.

Maarifləndirmə tədbirində 65 yaşdan yuxarı sakinlərə qarşı xüsusi həssaslıq nümayiş olunub, onların müraciətləri yerindəcə dinlənilib, lazımi tədbirlərin görülməsi istiqamətində müvafiq göstərişlər verilib. Reyd zamanı 3 mağazada qayda pozuntusu da aşkarlanıb, protokollar tərtib olunub. Ərzaq mağazasında alıcılar arasında lazımi məsafənin saxlanılmaması, gigiyenik normalara düzgün əməl olunmaması faktı da müəyən edilib, digər 2 obyekt isə fəaliyyətini dayandırmadığına görə inzibati qaydada cəzalandırılıb.