• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1985
— 01.04.2020 16:35

Kompleks dezinfeksiya işlərinə start verildi

KepezTV Player

Koronavirus infeksiyası ilə mübarizə Şəmkirdə aparılan dezinfeksiya işləri gücləndirilib. Gündəlik olaraq həyətlər, bina girişləri, xüsusi maddələrlə dezinfeksiya olunur, küçə və prospektlər yuyulur.

Verilən tapşırıqların icrasının təmin edilməsi, təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Şəmkir rayon İcra Hakimiyyəti yanında Operativ Qərargah fasiləsiz refimdə fəaliyyət göstərir. Qərərgahda əhalidən daxil olan məlumatların operativ qəbul edilməsi üçün  “Qaynar xətt” yaradılıb. Eyni zamanda  rayon İcra Hakimiyyətinin rəsmi saytında, sosial səhifələrdə mütəmadi marifləndirici məlumatlar yerləşdirilir. Vətəndaşlar heç bir problem olmadan həmin elektron vasitələr və telefon rabitəsi ilə əlaqə saxlayıb qarşılaşdıqları çətinlikləri rayon rəsmlərinə çatdıra bilirlər. Dezinfeksiya işlərinin növbəti mərhələsinə yeniliklərlə başlayan Şəmkir ictimayyəti üzərində marifləndirici şuarlar olan xüsusi geyimləri ilə diqqət çəkib.

Qüdrət Əliyev - Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini: Aidiyyatı qurumlara yeni avadanlıqlar uniformalar alınıb. Bizim deinzfeksiya işləri əhalinin daha çox üz tutduğu banklarda və bankomatların ətrafında eləcədə  parklarda davam etdirilir.

Operativ Qərargahın tapşırığına əsasən Şəmkir rayonunda profilaktik dezinfeksiya işləri davamlı və intensiv xarakter alıb. Bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədi ilə rayonun küçə və prospektlərində, məhələlərdə həmçinin həmin ərazilərdə mövcud olan oturacaqlar, idman qurğuları, uşaq meydançalarında dərmanlanma işləri aparılır.

 

Sahib Sadıqov - Şəmkir Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru: Hal-hazırda rayonda epidemioloji vəziyyəti sabitdir. Amma buna baxmayaraq proflaktiki tədbirlər ciddi sürətdə davam etdirilir. Ən əsasıda dezinfeksiya işləri aparılır. Ciddi cəhdlə bu xəstəliyin qarşısını almaq üçün o tədbirlərin hamısını yüksək səviyyədə yerinə yetirməyə çalşırıq.

Qüdrət Əliyev - Şəmkir Rayon İcra Hakimiyyəti başçısının birinci müavini: Mən əhalimizi Şəmkir rayon İcra Hakimiyyəti yanında qərargahın eləcədə Nazirlər Kabineti Yanında Yaradılan Operativ qərargahın tövsiyyə tələblərinə əməl etməyə çağırırram. Evdə qalmalarını xüsusi ilə də yaşı 65-dan çox olan şəxslərin evdə qlamalarını xahiş edirəm.

Yaşayış binalarında, binaların ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, məişət tullantılarının atıldığı konteyner meydançalarında, məktəblərdə, uşaq bağçalarında, dayanacaqlarda mağazalarda, idarə və müəssisələrdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirilir.

 

Natiq Hüseyn