• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1186
— 01.04.2020 16:13

Koronavirusun təsirinin azaldılması məqsədilə hazırlanmış proqramların detalları açıqlandı

KepezTV Player

İqtisadiyyat Nazirliyi koronavirusun təsirinin azaldılması məqsədilə hazırlanmış proqramların detallarını ictimaiyyətə açıqlayıb.

Prezident İlham Əliyevin “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamına əsasən, iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramlar hazırlanıb. *1*Bunlardan birincisi - iş yerlərinin azaldılmaması məqsədilə pandemiyadan zərər çəkmiş sahələrdə 304 min muzdlu işçilərin əmək haqlarının odənilməsi üçün maliyyə dəstəyi proqramı sənaye, ticarət, xidmət, nəqliyyat və digər sektorlar üzrə 20 fəaliyyət sahəsini nəzərdə tutur. *2*İkinci proqram iş yerlərinin qorunması məqsədilə pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 292 min fərdi sahibkara maliyyə dəstəyini nəzərdə tutur. *3* Üçüncüsü pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri, imtiyazları və tətilləri proqramıdır. Bu proqrama daxildir: mikro sahibkarlıq subyektlərinə müvafiq müddətdə sadələşdirilmiş vergi üzrə güzəştin verilməsi, müvafiq müddətə əmlak və torpaq vergisindən azadolmalar, vergi ödəyicilərinin mənfəət (gəlir) vergisindən müvafiq məbləğdə və müddətə azadolmaları, İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş verginin azaldılması, mənfəət (gəlir) vergisi ödəyicilərinin isə mənfəət (gəlir) vergisindən azad edilməsi, bəzi vergi ödəyicilərinin müvafiq müddətə ƏDV-dən azad edilməsi, güzəştlər veriləcək fəaliyyət sahələri üzrə müvafiq müddətə cari vergi ödəmələrindən azad edilmə; 2019-cu ilin nəticələrinə görə mənfəət (gəlir) vergisinin verilməsi müddətinin uzadılması, vergi hesabatlarının verilməsi müddətinin, habelə vergilərin ödənilməsi müddətinin uzadılması, əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsulların ƏDV-dən müddətli azad edilməsi, əhalinin ərzaq, tibb və digər zəruri məhsullara olan tələbatının qısa müddətdə və daha çevik tənzimlənməsi məqsədilə həmin məhsulların istehsalı ilə bağlı xammal və materialların ƏDV-dən azad edilməsi, fiziki və hüquqi şəxslər tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianələrin mənfəət (gəlir) vergisi məqsədləri üçün gəlirdən çıxılması, epidemiyanın qarışının alınması ilə əlaqədar vergi ödəyicisi tərəfindən göstərilən əvəzsiz xidmətlərin göstərilməsinə görə ƏDV-nin sıfır dərəcə ilə tutulması. *4* 4-cü - Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə yeni verilən bank kreditləri üzrə 0,5 milyard manatlıq kredit-zəmanət dəstəyi proqramına yeni verilən 500 milyon manat həcmində kreditlərin 60%-nə dövlət zəmanətinin verilməsi, kreditlərin maksimal faiz dərəcəsinin 15%-dən yuxarı olmaması, kreditlərin müddətinin 3 ilədək olması, zəmanət verilən kreditlər üzrə faizlərin yarısının dövlət büdcəsi hesabına subsidiyalaşdırılması, sahibkarlığın İnkişafı Fonduna əlavə vəsaitin ayrılması daxildir. *5* 5-ci 1 milyard manatlıq proqram pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit-zəmanət dəstəyini nəzərdə tutur. Bura dövlət zəmanəti olmayan həcmi 1 milyard manat olan mövcud bank kreditləri üzrə birinci il üçün faiz dərəcəsinin 10% bəndinin subsidiyalaşdırılması, bunun üçün xüsusi vəsaitin ayrılması, subsidiyalaşmanın Sahibkarlığın İnkişafı Fondu vasitəsilə həyata keçirilməsi daxildir. *6* Əhalinin maddi vəziyyətinin dəstəklənməsi üçün sosial paket işsizlik müavinəti, sosial yardım və s. üçün vəsaitlərin ayrılmasını nəzərdə tutur. *7* Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsinə dəstək məqsədilə xüsusi vəsaitlər ayrılacaq. *8*. İpoteka və kredit zəmanət mexanizminə maliyyə dəstəyi proqramı çərçivəsində əlavə vəsaitlərin ayrılacaq. *9* Əhalinin elektrik enerjisinin istehlakı üzrə kommunal ödənişlərə dəstək proqramında əhali qrupu üçün elektrik enerjisindən güzəştli istifadə limitinin 100 kvts. həcmində müddətli artırılması nəzərdə tutulur. *10* Həyati vacib sərnişindaşıma fəaliyyəti sahələrinə dəstək məqsədilə xüsusi vəsaitlər ayrılacaq.