• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1982
— 31.03.2020 19:01

Səfir: "Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər"i Türkiyə olaraq heç bir şəkildə tanımayacağıq"

KepezTV Player

Türkiyə Respublikası olaraq bizim işğal olunmuş Dağlıq Qarabağ münaqişəsində mövqeyimiz tam bəllidir.<br>Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib ki, rəsmi Ankara&nbsp;bu bölgədə həyata keçirilən hər hansı bir siyasi fəaliyyəti qondarma hesab edir: "Buna uyğun olaraq, martın 31-də işğal olunmuş Dağlıq Qarabağda keçirilən qondarma "seçkilər"i Türkiyə olaraq heç bir şəkildə tanımayacağımızı açıqlamışıq. Bu mövzuda mövqeyimiz tam bəllidir. Bizim bütün düşüncəmiz Dağlıq Qarabağ münaqişəsinin ən qısa zamanda öz həllini tapması və otuz ilə yaxın davam edən ədalətsizliyin, haqsızlığın ortadan qaldırılmasıdır", - deyə Türkiyə səfiri vurğulayıb. Gürcüstan XİN Azərbaycanın suverenliyinə və ərazi bütövlüyün dəstəyini bir daha ifadə edir və 2020-ci il martın 20-də Dağlıq Qarabağda keçirilən qondarma "prezident və parlament seçkiləri"ni tanımır. Bu sözlər&nbsp;isə Gürcüstan XİN-in bəyanatında deyilir. Bəyanatda qeyd olunur ki,&nbsp;Gürcüstan Dağlıq Qarabağ münaqişəsinin yalnız beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində sül yolu ilə nizamlanmasını dəstəkləyir.