• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1541
— 31.03.2020 16:33

Karantin rejimini pozan obyektlər aşkarlanıb

KepezTV Player

Gücləndirilmiş iş rejimində çalışan polis əməkdaşları mütəmadi olaraq şəhər ərazisində xidməti avtobillərlə əhalini evdə qalmağa səsləyir. Eyni zamanda fərdi qaydada sahibkarlar və vətəndaşlarla maarifləndirici söhbətlər apararaq xüsusi karantin rejiminin tələblərinə riayət etməyə dəvət edilir.

Əfsuslar olsun ki, görülən maarifləndirici tədbirlərə və qadağalara baxmayaraq bəzi sahibkarlar məsuliyyətsizlik və biganəlik nümayiş etdirirlər. Pul qazanmağı insan sağlamlığından üstün tutanlar isə Baş İdarə əməkdaşlarının şəhərin müxtəlif yerlərində keçirdikləri reydlərlə aşkarlanır. Hələ də açıq və ya gizli şəkildə fəaliyyətini davam etdirən iaşə obyektlərinə reyd zamanı aşkarlanan 2 bərbərxana, 1 gözəllik salonu, 1 ətir mağazası və 1 kafe də əlavə olunub. Qadağa dövründə fəaliyyət göstərən sahibkarlara inzibati protokol tərtib edilərək obyektin bağlanması təmin edilib.

Bundan başqa davam etdirilən reyd zamanı yeniyetmə və gənclərin 10 nəfərdən artıq qrup halında toplaşaraq futbol oynaması da müəyyən olunub. Polis əməkdaşları onlarla profilaktiki söhbət apararaq, karantin rejiminə əməl etməyi, evdən çıxmamağı tövsiyyə edib və bildirib ki, bütün bu tələblər vətəndaşların sağlamlığının qorunması üçündür. Daha sonra həmin şəxslər ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi  barədə xəbərdarlıq edilib.