• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1306
— 31.03.2020 16:31

Azərbaycanda koronavirusa yoluxma dinamikası gündəlik artmaqdadır

KepezTV Player

Azərbaycanda 24 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınlb və həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 63 yaşlı Azərbaycan vətəndaşının səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib və pasiyent vəfat edib. Onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür. Ölkəmizdə ümumilikdə 298 koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Onlardan 26 nəfər müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib. Hazırda 267 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 11 nəfərin vəziyyəti ağır, 15 nəfərin vəziyyəti isə orta ağırdır. Müxtəlif karantin zonalarına yerləşdirilən 4602 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Nazirlər Kabineti yanında Operativ Qərargah ölkə ərazisində yayılmaqda olan xəstəliklə bağlı vətəndaşlara müraciət edib.Əhalidən xahiş olunur ki, evdən çıxmaq zərurəti yarandıqda mütləq qaydada şəxsiyyət vəsiqəsini və ya şəxsiyyəti təsdiq edən sənədi, fəaliyyətinə icazə verilən sahələrdə işləyən şəxslər xidməti vəsiqələrini və ya iş yerindən bu faktı təsdiqləyən rəsmi arayışı özləri ilə götürsünlər. Ciddi zərurət olmadan şəxsi avtomobillərdən istifadə etməmək, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini gözləmək tövsiyə edilir. Bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, Azərbaycanın hər bir sakininin sağlamlığının qorunması məqsədilə həyata keçirilir. Karantin rejiminin qaydalarına əməl etməyən şəxslər haqqında isə hüquqi məsuliyyət tədbirləri görüləcək.