• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1254
— 31.03.2020 12:37

"Cəmiyyət olaraq sosial məsuliyyəti dərk etməliyik"

KepezTV Player

Gəncədə koronavirus pandemiyası ilə bağlı davam edən maarifləndirmə tədbirində Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov da iştirak edib. Şəhər meri ərzaq mağazalarına baş çəkib, mövcud vəziyyət və qiymətlərlə maraqlanıb. Həmçinin, Mərkəzi Poçtda və bir sıra əczaxanalarda olub. Yarana biləcək süni qiymət artımı və digər neqativ hallarla bağlı qanuna müvafiq qaydada tədbir görüləcəyini obyekt sahiblərinin diqqətinə çatdırıb. İcra başçısı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi qaydalarına məhəl qoymayaraq küçəyə çıxan sakinlərlə də söhbət edib. Zərurət qarşısında qalaraq evdən çıxan sakinlərə ehtiyyatlı davranmağı, qoruyucu maska və əlcəklərdən istifadə etməyi tövsiyyət edib. Kassaların, habelə bankomatların önündə növbə gözləyərkən ara məsafəsi saxlamağın zəruriliyini bir daha xatırladıb. Niyazi Bayramov “Şəhər, rayon İcra Hakimiyyətləri və Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarından ibarət mobil qruplar”ın üzvləri ilə də görüşüb. O, iş başında olan və şəhərin Cavad xan küçəsində maarifləndirmə tədbirlərini həyata keçirən mobil qrupun üzvlərinə öz təklif və tövsiyyələtini verib.