• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 731
— 31.03.2020 12:36

Azərbaycanda koronavirusun az təsir etdiyi sahələr açıqlandı

KepezTV Player

Koronavirusun minimal təsirinə məruz qalan və ya heç təsir etmədiyi sektorlar rabitə və maliyyə, bank və sığorta sektorlarıdır. Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət televiziyasının efirində qonaq olarkən deyib.Nazir buna səbəb kimi bu sektorun işçilərinin aldığı yüksək əməkhaqqını göstərib. Mikayıl Cabbarov vurğulayıb ki, qlobal şokların Azərbaycana təsirini azaltmaq üçün hökümətin dəstək proqramı zərərçəkən 4 böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edəcək. Bu çərçivədə 9 proqram layihəsi hazırlanıb.

Mikayıl Cabbarov İqtisadiyyat naziri: "Birinci dəstək proqramı 304 min muzdlu işçini və 44 min sahibkarlıq subyektini əhatə edir"