• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1333
— 31.03.2020 12:34

Yeni qaydalar: evdən çıxmaq olmaz!

KepezTV Player

Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirus infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər müəyyənləşdirib. İnsanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb edilir. Bu gündən aprelin 20-dək fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədi ilə mümkündür.