• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1526
— 30.03.2020 13:18

Ölkənin ikinci böyük şəhərinə giriş-çıxış nəzarətdədir

KepezTV Player

Xüsusi karantin rejiminin tələblərindən biri də şəhər və rayonlara giriş-çıxışın məhdudlaşdırılmasıdır. Bundan irəli gələrək Gəncəyə də digər şəhər və rayonlardan gələn vətəndaşlar üçün məhdudiyyətlər tətbiq edilir.

Xüsusi karantin rejimi dövründə qurulan polis postlarından fiziki şəxslərin və nəqliyyat vasitələrinin buraxılışı Qaydasına əsasən şəhərə yalnız operativ nəqliyyat vasitələri, "Azərpoçt"a məxsus olan avtomobillərin, yük daşıyan avtomobillərin sürücüləri və aidiyyəti sərnişinləri buraxılır. Bu sihahıda təcili tibbi zərurətlə əlaqədar şəhərə gələn şəxslər və onlarla gələ biləck iki nəfər, eləcə də Gəncədə yaşayan yaxın qohumu vəfat edən şəxslər lazımı səsənədləri təqdim etdikdən sonra şəhərə buraxılır. Sadalananlar istisna olmaqla digər şəxslərin şəhərə girişi məhdudlaşdırılıb. Onlara xüsusi karantin rejiminin tələbləri barədə məlumat verilərək, zəruriyyət olmadan evdən çıxmamaq tövsiyyə olunub.

Eləcə də qeyd edilən istisnalar olmadıqda şəhər sakinlərinin də çıxışına icazə verilmir. Məhdudlaşma tətbiq edilən gündən indiyə qədər ümumilikdə 2000-dən çox vətəndaşın şəhərə giriş-çıxışına icazə verilməyib.

Hacı Həsənov - baş inspektor: Mən bir daha vətəndaşlarımızdan xaişzə edirəm ki zərurət yaranmadığında yaşadıqlarlı ünvanı tərk etməsinlər. Bütün giriş çıxışlarda həm yol polisləri həm də polisin digər xidməti əməkdşalarından ibarət postlar qurulub və qeydiyyatı olmayan şəxslər geri qaytarılır.

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları xüsusi karantin rejiminin tələblərindən irəli gələrək gücləndirilmiş iş rejimində çalışır. Şəhərin 8 müxtəlif əraziisndə giriş çıxışın məhdudlaşdıırlması ilə bağlı polis postları qurulub.  

 

Natiq Hüseyn