• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1207
— 30.03.2020 11:29

Xüsusi karantin rejimi dövründə işləməyən obyektlərin adları məlum oldu

KepezTV Player

Daxili İşlər Nazirliyi xüsusi karantin rejimi dövründə fəaliyyətini dayandıran obyektlərin adlarını açıqlayıb. Xüsusi karantin rejimi dövründə əhalinin sağlamlığını qorumaq məqsədi ilə bərbərxana və gözəllik salonlarının fəaliyyəti dayandırılıb. Avtoyuma məntəqələri, avtomobil təmiri sexləri, avtomobil ehtiyat hissələrinin satışı mağazaları, tikinti materiallarının satışı mağazaları, kimyəvi və quru təmizləmə məntəqələri, mal-qara yemi satılan mağazalar, zoomağazaların fəaliyyətində isə heç bir məhdudiyyət qoyulmayıb.