• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1218
— 30.03.2020 12:18

Samux polisi gücləndirilmiş iş rejimində çalışır

KepezTV Player

Samuxda da Polis gücləndirilmiş iş rejimində çalışırlar. Rayona giriş-çıxış məhdudlaşdırılmaqla yanaşı asayış keşikçiləri tələblərə riayət və məlumatlandırma tədbirlərini də davam etdirilər. 

Artıq bir neçə gündür rayon mərkəzi, kənd və qəsəbələrdə bu çağırış səslənir. Koronavirus pandemeyasından qorunmaq üçün sakinlərə evdən çıxmamaq tövsiyyə edilir. Eləcə də polis əməkdaşları rayon ərazisində vətəndaşlarla marifləndirici söhbətlər apararır. Yaşı 65-də yuxarı olan şəxslər müəyyən edildikdə isə polislər onu evinə qədər müşaiət edərək bir daha evdən çıxmamaq barədə xəbərdarlıq edirlər. Rayona giriş-çıxışı məhdudlaşdırmaq üçün 5 müxtəlif ərazidə polis postları qurulub. Samux qeydiyyatı olmayan vətəndaşlar Samuxa buraxılmır.

Cabir Məmmədov - Samux RPŞ-nin xidmət üzrə rəis müavini: Kənd təsərrüfatı təyinatlı yük maşınlarının hərəkətinə məhdudiyyət qoyulmayıb. Rayon sakinlərinin qonşu rayonlara keçidi məhdudlaşdırılıb. Eyni zamanda rayon ərazisində parklarda və küçələrdə 10-nəfərdən artıq sakinlərin toplanşması qadağan edilib.

Görülən qabaqlayıcı tədbirlər vətəndaşların sağlamlığının qorunması və virusla əlaqədar yarana biləcək fəsadların qarşısını almaq üçün həyata keçirilir.

Natiq Hüseyn