• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3508
— 29.03.2020 20:34

Sosial izolyasiya passiv həyat demək deyil

KepezTV Player

Məlumdur ki, cari ilin martın 24-dən aprelin 20-dək ölkədə xüsusi rejimli karantin elan olunub. Bu müddət ərzində 65 yaşdan yuxarı şəxslərin evdən çıxması, həmçinin, ictimai yerlərdə 10 nəfərdən artıq insanın kütləvi halda toplaşması qadağan edilib. Bəs, maraqlıdır vətəndaşlar məsələnin ciddiyətini anlayıb, qadağalara əməl edirmi? Gəncədə sosial izolyasiya üçün psixoloji hazırlıqlar görülürmü?

Eşqin Qasımov DİN-in Mətbuat Xidmətinin əməkdaşı:Əfsuslar olsun ki, bu gün şəhərimizdə gənc nəsil bu məsələyə, qadağalara bir qədər laqeyd yanaşır. Amma Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları hər bir fərd, hər bir vətəndaşlarla profilaktik tədbirlər həyata keçirir. Bunun həm özləri, həm də yaxınlarının sağlamlığı üçün vacib olduğunu bildirirlər.

"Həyat evdədir" çağırışına münasibət fərdi xarakter daşıyır. Cəmiyyətdə koronovirusla bağlı təhlükədən qorunanlarla yanaşı, nə olur olsun mövcud vəziyyəti qəbul etməyənlər insanlara da rast gəlinir.

Zümrüd Cavadova GDU-nun dosenti:Bu o demək deyil ki, “evdə qal” passivləş. Xeyr, bununla bağlı insanlar əksinə aktiv həyata qədəm qoymalı, heç də cəmiyyətdən təcrid olmamalıdırlar. Pozitiv olmaq lazımdır, deyilənlərə əməl etmək lazımdır. 1 nəfərin yoluxması 1 ailənin, cəmiyyətin yoluxması deməkdir.

Sosial izolyasiya ilə bağlı qəbul olunan qadağaların icrasına nəzarət Daxili İşlər Nazirliyinə həvalə edilib.

Eşqin Qasımov DİN-in Mətbuat Xidmətinin əməkdaşı:Daxili işlər orqanların əməkdaşları inzibati ərazilərdə insanlarla mütəmadi olaraq maarifləndirici söhbətlər aparır. Zərurət yaranmadığı halda evdən çölə çıxamamaq, gigiyenik normalara əməl etmək tövsiyə olunur.

Hazırki vəziyyətdə sağlamlığımızı qorumaq, həm də cəmiyyəti qorumaq deməkdir. Odur ki, üzərimizə düşən bu məsuliyyəti layiqli yerinə yetirək. Bir də unutmayaq aldığımız hər qabaqlayıcı tədbir koronovirusdan daha güclüdür.