• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3567
— 29.03.2020 20:25

Tibbi müayinədən keçmisiniz?

KepezTV Player

Insan il ərzində azı 2 dəfə tibbi müayinədən keçməlidir, ən böyük sərvət olan sağlamlığını qorumalıdır, gigiyenaya riayət etməlidir. Bu gün edilən tövsiyələrə əməl olunması da məhz sağlamlığın qorunmasına hesablanıb. Düzdür özünü qorumaqla bağlı çağırışlara əhəmiyyət verməyənlər də var. Qarşıdakı materialda sadalananları bir də həkimin dilindən eşidəcəyik.

CoVİD-19 adı verilən koronavirus artıq Azərbaycan da daxil olmaqla, 169 ölkə və ərazidə yayılıb. Sərhəd tanımayan, milyonları qorxuya salan pandemiya ilə insanlar mübarizə aparır. Kimi ona yoluxmamaq üçün, kimi isə yaxa qurtarmaq üçün. Bəs görəsən sakinlər bundan nə dərəcədə narahatdır və tibbi müayinədən keçiblərmi?

Bir çox yoluxucu xəstəliklər mövsümi xarakter daşıyır, ilin fəslindən asılı olaraq, güclənir və ya zəifləyir. Bəzi insanlar ümid edirlər ki, koronavirusun yayılması temperaturun artması ilə dayanacaq, lakin pandemiyalar çox vaxt özünü mövsümi xəstəliklər kimi aparmır. Tibb işçiləri deyir ki, özündə virusun simptomlarını aşkarlayan hər bir kəs mütləq şəkildə müayinədən keçməlidir.

Adətən yaxın, doğma və əziz olan insanlarla görüşəndə və ya ayrılanda, biz onlara cansağlığı arzulayırıq. Bəli ,həqiqətən də sağlamlıq insan üçün əvəzolunmazdır. Ona görə də onu qorumalıyıq. Sağlam olun, evdə qalaraq özünüzü və hər kəsi qoruyun. Bir də unutmayın ... Həyat evdədir...