• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1607
— 29.03.2020 16:17

Şəhər sakinləri növbəti dəfə maarifləndiriliblər

KepezTV Player

Koronavirus pandemiyası ilə əlaqədar Gəncədə maarifləndirmə tədbirləri davam etdirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi xüsusi karantin rejiminə əməl etməyən, yaşı 65-dən yuxarı olan şəhər sakinlərinə növbəti dəfə xəbərdarlıq edilib.

Ölkənin ikinci böyük şəhəri Gəncənin sakinləri növbəti dəfə Nazirlər Kabineti yanında Operativ qərargahın elan etdiyi karantin rejimi qaydalarına əməl etməyə çağırılıblar. Gəncə Şəhər İcra Hakimiyyəti və Şəhər Baş Polis İdarəsinin təşəbbüsü ilə müxtəlif ərazilərdə vətəndaşlarla profilaktik söhbətlər aparılıb, onlara koronavirusdan qorunmaq üçün lazımi tövsiyələr verilib.

Şəhərin müxtəlif qəsəbələrini də əhatə edən tədbirlər zamanı sakinlərin karantin rejiminin tələblərini yerinə yetirməsi vəziyyəti nəzarətdə saxlanılıb, fərdi izahetmə-xəbərdarlıq işi aparılıb. Maarifləndirici söhbət zamanı sakinlərə ünsiyyət zamanı, eləcə də mağaza kassalarında növbə gözləyərkən, bankomatlardan istifadə edərkən ara məsafəsi saxlamağın zəruriliyi haqqında da məlumat verilib.