Dövlət İmtahan Mərkəzi şagirdlərə müraciət edib. Mərkəzin “Youtube” kanalına "vizuallaşdırılmış dərs"lərin yerləşdirilməsi davam edir. Bu layihə çərçivəsində buraxılış və qəbul imtahanı fənləri üzrə V sinifdən başlayaraq dərsliklərdə verilmiş materiallar mövzu-mövzu bir neçə dəqiqəlik “vizuallaşdırılmış dərs” formasında hazırlanır. Burada əsas anlayışlar, mövzu ilə bağlı izahlar, dərsin əsas məzmunu əks olunur. Hazırlanmış materiallardan istifadə ödənişsizdir və mərhələ-mərhələ DİM-in “Youtube” kanalına yerləşdirilir. Mərkəz orta ümumtəhsil müəssisələrində dərslərin mart ayının əvvəllərindən dayandırıldığını nəzərə alaraq şagirdlər üçün əlverişli olsun deyə, sonrakı dövrə aid mövzular üzrə hazırlanmış “vizuallaşdırılmış dərs”lərin siyahısını ayrıca təqdim edib.
- Baxış: 286