• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 816
— 29.03.2020 11:38

Dünyada yeni tip koronavirusdan ölənlərin sayı 30 mini keçib

KepezTV Player

Dünyada yeni tip koronavirusdan ölənlərin sayı 30 mini keçib. Koronavirusa yoluxanların sayı isə  650 minə yaxınlaşıb. Yoluxma sayına görə ABŞ, ölüm sayına görə isə İtaliya ilk yeri tutur. ABŞ-da virusa yoluxanların sayı 121 min 117 nəfər olub. İtaliyada son 24 saat ərzində COVID-19 virusuna yoluxmuş 889 nəfər vəfat edib. Bu barədə İtaliya Səhiyyə Nazirliyi məlumat yayıb. Ölkədə ümumilikdə koronavirusdan ölənlərin sayı 10023-ə çatıb. Son 24 saat ərzində 5974 yeni yoluxma faktı qeydə alınıb ki, bununla da ümumilikdə virusa yoluxanların sayı 92474-ə yüksəlib. Koronavirusun ən çox yayıldığı Lombardiya əyalətində son sutka ərzində 542 ölüm faktı qeydə alınıb.