• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2149
— 28.03.2020 20:34

Polis yaşlı insanlara sovqat paylayıb

KepezTV Player

Gəncə sakinlərinin Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə, elan olunan karantin rejimi qaydalarına əməl etmələri, onların sosial durumu ilə bağlı vəziyyətin nəzarətdə saxlanılmasına diqqəti artırıb. Bu dəfə polis tərəfindən yaşlı insanlara sovqatlar paylayıb.

Koronavirus pandemiyası ilə əlaqədar yaşlı şəhər sakinlərinə sovqatlar paylanıb.Gəncə şəhər İcra Hakimiyyətinin və baş polis idarəsinin əməkdaşları tərəfindən yaşlı insanlara dəstək məqsədilə azuqələr verilib.

Polis əməkdaşları sovqat paylanılan yaşlı şəxslərlə profilaktik söhbətlər də aparıb. Qohumlarının, yaxın ətrafının xüsusi karantin rejiminin qaydalarına əməl etməyinin vacibliyi xatırladılıb. Bu tələblərin vətəndaşların sağlamlığı, yarana biləcək təhlükənin qarşısının alınması məqsədi daşıdığını vurğulanıb. Yaşlı şəhər sakinləri də göstərilən bu nəcib təşəbbüsə görə polis əməkdaşlarına öz təşəkkürlərini bildiriblər.

Əhaliyə yaxın məsafəli ünsiyyət zamanı virusa yoluxma riskinin daha yüksək olduğu diqqətinə çatdırılıb, evdən çıxmamaq tövsiyə olunub.