Göygöl rayonunda yerləşən mal satışı bazarında karanavirus epidemiyasına qarşı dizinfeksiya işləri aparılır. Bazarın bütün ərazisinə virus və bakteriyalara qarşı olan bromesep, xloramin dərmanları xüsusi geyimdə olan işçilər tərəfindən çiləmə yolu ilə səpilir. Bazarda iri buynuzlu heyvanların saxlandığı yerlər, xırda buynuzlu heyvanların satışı həyata keçirilən ərazilər dizinfeksiya edilib. Həmçinin bazarın işçiləri xüsusi maskalarla da təmin edilib və girişdə dezinfeksiya vasitəsi qoyulub. Karanavirus epidepiyası ilə bağlı olaraq bazar ərazisində dizinfeksiya işlərə artıq 3 həftədir başlanılıb və proses cümə və şənbə günləri həyata keçirilir. Qərb bölgəsində ən böyük heyvan satışı həyata keçirlən bazarda heyvan alqı-satqısı həftənin bazar günləri Göygöl və ətraf regionların təsərrüfat sahibləri tərəfindən həyata keçirilir.
Mahmud Məmmədov bazarın əməkdaşı:Mal satışı bazarında həmişəki kimi tədbirlər görülür. Gigyenik tədbirlərə əməl olunur. Həkimlər qaydalara müvafiq olaraq tədbirlər görür, bazara gələn ticarət işçilərini maarifləndirirlər. Məhlullar tökülür, maşınlar onün üzərindən keçərək bazara gəlir və o da dizinfeksiya olunur. O da hər dəfə yuyularaq yenidən salınır. Bu infeksiya ilə bağlı dövlətimizin qoyduğu qayda qanunlara, tələblərə uyğun olaraq tədbirlər görülür.
- Baxış: 577