• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2111
— 27.03.2020 19:39

Futbolçular fərdi hazırlaşır

KepezTV Player

Dünyanı cənginə alan koronavirus pandemiyasına görə bir müddətdir ki, bütün idman yarışları, o cümlədən futbol çempionatları dayanıb. Azərbaycanda I Divizionda yarış martın 13-də 19-cu turun oyunlarından sonra rəsmən təxirə salınıb

Bundan əvvəl isə görüşlərin azarkeşsiz keçirilməsi qərara alınmışdı. Amma vəziyyətin ciddiləşməsi son nəticədə çempionatların yarımçıq dayandırılmasına gətirib çıxardı. Oyunların keçirilməməsi və mövcüd durum məşqlərə də ara verilməsini labüd edib. Konkret olaraq “Kəpəz”in əsas komandası artıq 2 həftəyə yaxındır ki, hazırlıq keçmir. Lap dəqiq desək, 13 gündür ki, futbolçular məşq etmirlər. Komanda üzvləri sonuncu hazırlığa martın 14-də çıxaraq bundan sonra qeyri-müəyyən vaxta qədər evə buraxılıblar. Geridə qalan dövrdə məşqçilər korpusu və futbolçular bir yerə yığışmasa da, sonunculara fiziki formanı qorumaq üçün müəyyən tapşırıqlar verilib. Bunu televiziyamıza açıqlamasında baş məşqçi Yaşar Vahabzadə deyib. Onun sözlərinə görə, sonuncu məşqdən sonra oyunçularla fərdi halda hazırlaşmaları və nəyə diqqət yetirmələri olduqları barədə danışılıb. Bundan əlavə, çalışdırıcı futbolçuların vəziyətini diqqət saxlayaraq durumu öyrənmək məqsədilə tez-tez kapitan və digər oyunçulara əlaqə qurur. Futbolun komanda idman növü olduğunu nəzərə alaraq futbolçuların belə halda taktiki və texniki yox, ev şəraitində yalnız müəyyən fiziki hərəkətləri yerinə yetirməklə hazırlaşa bildiyini yəqin etmək elə də çətin deyil.