• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1846
— 27.03.2020 20:25

Polis maarifləndirici tədbirləri davam etdirir

KepezTV Player

Gəncə sakinlərinin Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə, elan olunan karantin rejimi qaydalarına əməl etmələri ilə bağlı vəziyyət nəzarətdə saxlanılır. Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları şəhərdə növbəti dəfə maarifləndirici reyd keçiriblər, sakinlərlə profilaktiki söhbətlər aparılıb.

Koronavirus pandemiyası ilə əlaqədar sakinlərlə profilaktiki söhbətlər davam edir. Gəncədə baş polis idarəsinin əməkdaşları tərəfindən maarifləndirmə tədbirləri çərçivəsində şəhər ərazisində yoxlamaları davam etdirir. Polis əməkdaşları xüsusi karantin rejiminə əməl etməyən, yaşı 65-dən yuxarı olan şəxslərlə profilaktiki söhbətlər aparır, virusla mübarizə aparmağın ən düzgün üsulunun evdə qalmaq olduğunu bildiriblər.

Sahib Məmmədov - şəhər sakini: Mən söz verirəm. Şəhərə də heç çıxmıram.Söz verirəm ki, birdə bu cür şərait yaratmayacam.

Füzuli Məmmədov - şəhər sakini: Çox gözəl, çox əla. Belə tədbirlər aparmaq lazımdır.Şünki virus gəzir. Bu belə olmalıdır.Hamı otursun evdə, bir müddətlikdir. Müvəqqətidir.Hamımız bir balaca özümüzü gözləməliyik.

Polis əməkdaşları yaşlı şəxslərlə söhbət zamanı xüsusi karantin rejiminin qaydalarını xatırladaraq bu tələblərin vətəndaşların sağlamlığı, yarana biləcək təhlükənin qarşısının alınması məqsədi daşıdığını vurğulayıblar. Baş İdarə əməkdaşları şəhər ərazisində qrup halında gəzən, dayanacaqlarda toplaşan sakinlərlə də maarifləndirici söhbət aparıblar, ara məsafəsinin saxlanılması ilə bağlı zəruri məlumatlar veriblər.

Reyd zamanı yaxın məsafəli ünsiyyət zamanı virusa yoluxma riskinin daha yüksək olduğu vətəndaşların diqqətinə çatdırılıb, sakinlərə ən zəruri hallar istisna olmaqla, mümkün qədər evdən çıxmamağı, tibbi maska və əlcəkdən, spirtdən istifadə etmək tövsiyə olunub.