• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2388
— 27.03.2020 20:05

35 nəfər 65 yaşdan yuxarı şəxs evə göndərilib

KepezTV Player

Gəncədə dezinfeksiya ilə yanaşı maarifləndirmə tədbirləri də davam edir. Bu gün İcra Hakimiyyətinin təşəbbüsü ilə şəhərin müxtəlif ərazilərində sakinlərlə profilaktik söhbətlər aparılıb, onlara koronavirusdan qorunmaq üçün lazımi tövsiyyələr verilib. Həm Kəpəz, həm də Nizami Rayonunu əhatə edən tədbirlərdə müvafiq rayonlar üzrə Polis İdarələrnin əməkdaşları da iştirak ediblər. Şəhər ərazisində xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması məqsədilə Gəncə şəhərində hər birində 2 nəfər olmaqla ümumilikdə 32 qrup yaradılıb. Gün ərzində qruplar tərəfindən ümumilikdə 1700 nəfərlə profilaktik söhbət aparılıb, 35 nəfər 65 yaşdan yuxarı şəxsin evə göndərilməsi təmin edilib, 2 ictimai iaşə obyekti karantin rejimini pozduğu üçün sahibkarlara xəbərdarlıq edilib, ərzaq mağazalarının kassalarının, eyni zamanda bankomatların qarşısında ara məsafəsi qorunmaqla növbələr tənzimlənib və maarifləndirmə söhbətləri aparılıb. Bununla yanaşı, park və meydanlarda əhalinin sıx toplaşmasının qarşısının alınması məqsədi ilə oturacaqlar götürülüb və ya üzərinə örtük salınıb.

Koronavirus pandemiyası ilə əlaqədar maarifləndirmə tədbirləri davam etdirilir. Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargahın elan etdiyi xüsusi karantin rejiminə əməl olunması ilə bağlı əhaliyə çağırış edib. Polis əməkdaşları şəhərin küçə və prospektlərində, yaşayış binalarının ərazisində xidməti avtomobillərdən əhaliyə səslənib. Onlar karantin rejiminə əməl olunmasını, xüsusilə yaşı 65-dən yuxarı olan şəxslərin evdən çıxmamasını xahiş ediblər.