• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2264
— 27.03.2020 14:59

Tranzit yük nəqliyyat vasitələrinin hərəkəti

KepezTV Player

Azərbaycan Respublikasında koronavirus pandemiyasına görə xüsusi karantin rejiminin tətbiq olunmasına baxmayaraq qonşu dövlətlərdən, o cümlədən İran İslam Respublikasından Azərbaycana daxil olan yük nəqliyyat vasitələrinin polis əməkdaşlarının müşayəti ilə hərəkəti təmin edilməkdədir. Tranzit yüklər daşıyan nəqliyyat vasitələri sərhədlərimizi tərk edənə qədər onların təhlükəsizliyi Yol Patrul Ximməti və Əlahiddə Çevik Polis Alayının  əməkdaşları tərəfindən təmin edilir və yalnız müəyyən edilmiş məntəqələrdə sürücülərin avtomobillərdən düşərək istirahət etməsinə və qidalanmasına icazə verilir. Sürücülərin yol boyu yerli vətəndaşlarla ünsiyyətdə olması və marşurutdan kənar yerlərdə nəqliyyat vasitələrini saxlamasına isə ekstrimal vəziyyətlər istisna olmaqla icazə verilmir.