• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2292
— 27.03.2020 11:22

“Vitka” ləqəbli narkobaron saxlanılıb

KepezTV Player

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş rayonun Qullar kənd sakini,  “Vitka” ləqəbli Vidadi Əmralıyev saxlanılıb. Şəxsi axtarış zamanı 115 qramdan artıq narkotik vasitə olan qurudulmuş marixuana və 5,27 qram çətənə bitkisinin toxumları aşkarlanıb.Davam etdirilən əməliyyat tədbirləri ilə onun Qullar kəndi ərazisindəki yaşadığı evə və evin həyətyanı sahəsindəki tikililərə də baxış keçirilib. Oradan 4 ədəd sellofan torbalarda ümumi çəkisi 7 kiloqram 50 qram qurudulmuş marixuana, 104 qram çətənə bitkisinin toxumları, 2 ədəd elektron tərəzi, 19 ədəd ov tüfənginin patronları aşkar edilərək maddi sübut kimi götürülüb. Faktla bağlı RPŞ-də saxlanılan şəxs barəsində cinayət işi başlanılıb, istintaq aparılır.