• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1400
— 26.03.2020 20:36

Əhalinin təhlükəsiz su ilə təminatı istiqamətində işlər aparılır

KepezTV Player

Gəncədə su ilə təminatın həyata keçirildiyi mənbələrdə də təhlükəsizlik tədbirləri gücləndirilib. Əhalini içməli su ilə təmin edən xüsusi maşınlar və anbarlar dezinfeksiya edilir, xüsusi məhlullarla təmizlənir. Bu istiqamətdə işlər davam etdirilir.

COVİD-19 infeksiyasının yarada biləcəyi təhlükələrin qarşısının alınması məqsədilə Gəncə Sukanal Törəmə Səhmdar Cəmiyyəti tərəfindən zəruri tədbirlər görülür. Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə uyğun olaraq idarənin əməkdaşları tərəfindən əhalinin dayanıqlı və təhlükəsiz su təminatı məqsədilə mərkəzi anbarlarda profilaktik işlər həyata keçirilir, dezinfeksiya işləri aparılır.

Anar Cəbrayıllı "Azərsu" ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri:Azərsu Səhmdar Cəmiyyətinin Gəncə Törəmə Səhmdar Cəmiyyətinin balansında 6 mərkəzi anbar var.2020-ci ilin geridə qalan üç ayında bütün anbarlar yuyulub, təmizlənib, dezinfeksiya olunub və yenidən istismara verilib.Eyni zamanda bizim 25 məhəllədaxili anbarımız var.Onların da 11-i dezinfeksiya olunub.Digərləri də təsdiq olunmuş qrafikə uyğun olaraq mərhələli şəkildə yuyulacaq.

Əhalinin içməli suya olan tələbatını təhlükəsiz şəkildə təmin etmək istiqamətində də işlər aparılır. Su daşıyan nəqliyyat vasitələrinin çənləri Gəncə Şəhər Dezinfeksiya stansiyasının əməkdaşları tərəfindən təmizlənir. Nəqliyyat vasitələrinin təkərlərinə, çənlərinə xüsusi dezinfeksiyaedici məhlul çilənir.  Dezinfeksiya işləri səhər saatlarında nəqliyyat vasitəsi reysə çıxmamışdan öncə həyata keçirilir.

Vüqar Rüstəmov sürücü: Hər gün səhər tezdən gedirik dezinfeksiya stansiyasına, maşın təmiz dezinfeksiya edilir, hazır vəziyyətə gətirilir. Biz də burdan gəlib suyumuzu doldurub, əhalini içməli su ilə təmin edirik.

Gəray Abdullayev sürücü: Bizim özümüz də təmizliyə riayət edirik. Maşında təmizliklə bağlı sənədlərimiz də var, maskamız, əlcəyimiz də var. Maşının içində xlor da var, lazım olanda əlimizi yuyuruq.

Gəncə şəhərində əhalinin suya olan tələbatının təhlükəsizliyinin təmin edilməsi məqsədilə Gəncə Şəhər Dezsinfeksiya Stansiyasının əməkdaşları tərəfindən tibbi profilaktik görülür.Əhalini içməli su ilə təmin edən su maşınları dezinfeksiya edilir.