• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1320
— 26.03.2020 20:34

Pandemiya və iş: özünü və həmkarlarını necə qorumalı?

KepezTV Player

Koronavirusun tüğyan etdiyi hazırki dövrdə riayət etməli olduğumuz məqamlar – birinci panikaya düşməmək, ikinci həyat işdən vacibdir, evdə qalın. Uşaqlar, operatorlar – siz bunu eşitmədiniz. Və üçüncü - təhlükəsizlik nəzakətlikdən vacibdir. Uzadılan əli sıxmadığınız üçün utanmayın, hətta yaxın dostunuz olsa belə. Ən yaxşısı gülümsəyin. Nəyə görə biz bunu dəfələrlə təkrarlamaqdan yorulmuruq? Fərid Mehdizadə indi anlaşılan şəkildə izah edəcək.

Epidemiya müddətində istənilən ictimai məkan, eləcə də ofislər ikiqat təhlükəli hesab edilir. İnsanların cəmləşməsi, qapalı məkan və ətrafda demək olar ki hər kəsin toxunduğu əşyalar. Belə olan halda hər adımda yoluxma ehtimalı təbii ki artır.

Şübhəsiz ki, bizim toxunduğumuz əşyaya öncə də əl vuranın olduğu istisna deyil. Və həmin şəxs virusa yoluxmuş olarsa onun bütün kollektiv üçün təklükə yaratdığını təsəvvür etmək elə də çətin deyil. Yəni risk qrupunda demək olar ki, hamı olacaq. Təsəvvür edək ki, məkana virusa yoluxmuş şəxs daxil olub. Hətta onda xəstəliyin əlamətləri olmasa belə öskürərkən əlini ağzına tutması kifayət edər ki, ətrafdakıları yoluxdursun. Piləkənin tutacağına hər təmasdan sonra orada xəstəliyin daşıyıcısı qalacaq. Qapının dəstəyində də həmçinin. Bunlar ən sadə misallardır. Çoxları düşünülmüş şəkildə belə təmaslardan qaça bilər. Lakin ətrafda bizim fikirləşmədiyimiz nə qədər belə mənbələr var.

Hətta adı ofis masası belə təhlükə yarada bilər. Əgər infeksiyalı şəxs ona toxunubsa söykənmək, ya da masaya toxunmaq kifayətdir ki, virus daşıyıcısı olasan. Ya da həmkarın sənə qayçı və ya qələm verə bilər. Bir sözlə infeksiya mənbəyi ofis əməkdaşlarının birgə istifadə etdiyi istənilən əşya ola bilər.

Demək olar ki, hər ofisdə olan sürətçıxarma aparatı, telefon, kondisionerin və televizorun pultu. Plastmas səthdə virus bir neçə gün qala bilir. Hələ əl verib görüşməyi və ya xəstələnmiş şəxsin qapalı məkanda asqırmağını demirəm. Hesab edilir ki, belə halda virus 1-2 metr məsafədə yayılır. Lakin uzaqda dayansanız belə hava damcı yolu ilə yayılan virus səhtə düşə bilər. Odur ki, virusa yoluxma hər yerdə mümkündür. Hətta gigiyenik prosedurlar da 100 faiz qorumaya bilər. Çünki əlinizi yuduqdan sonra sizdən əvvəl virusa yoluxan insanın tonunduğu krana toxunursunuz.

Sonra isə hər şey çox asandır, gözünə, buruna ya da ağıza toxunmaq. Bu hərəkətləri biz mexaniki olaraq bəlkə dəfələrlə edirik. Beləliklə də virus insan orqanizminə düşür. Yeri gəlmişkən, belə olan halda tibbi maska köməyə gələ bilər. Nəzərə alsaq ki, sağlam adam üçün buna gərək yoxdur, amma sadaladığım məqamlarda yarıyır.

İstənilən halda gigiyenik qaydalara əməl etməyə dəyər. Həkimlərin əlləri yumaq, asqırarkən üzü qolumuzla tutmaq göstərişləri riayət etməli olduğumuz məqamlardandır.