• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1593
— 26.03.2020 16:32

"Dərs vaxtı"nın 27 mart cədvəli açıqlanıb

KepezTV Player

Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” proqramının 27 mart üçün nəzərdə tutulan dərs cədvəli açıqlanıb. Sabah Azərbaycan dili bölməsi üçün 10:00-da Fiziki tərbiyə; 10:15-da XI sinif Azərbaycan dili, Riyaziyyat, İngilis dili, Biologiya; 11:05-də V sinif Azərbaycan dili, Riyaziyyat, Azərbaycan tarixi; 11:40-da I sinif Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi; 12:05-də II sinif Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi; 12:30-da III sinif Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi; 12:55-də IV siniflər üçün Azərbaycan dili, Riyaziyyat, Təsviri incəsənət dərsləri olacaq.Rus dili bölməsi üçün 14:00-da II sinif Rus dili, Riyaziyyat, Həyat bilgisi; 14:15-də VIII sinif Rus dili, Riyaziyyat, Kimya; 15:00-da IX sinif Fizika, Biologiya, Coğrafiya dərsləri keçiləcək.