• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 861
— 26.03.2020 13:30

65 yaşdan yuxarı şəxslərlə bağlı məhdudiyyətlər deputatlara şamil edilməyəcək

KepezTV Player

65 yaşdan yuxarı şəxslərlə bağlı məhdudiyyətlər Milli Məclisin deputatlarına aid olmayacaq.Bununla bağlı məsələ Milli Məclisin yaxın günlərdə keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.Nazirlər Kabineti yanında operativ qərargah dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə infeksiyanın yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə Azərbaycanda 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edib.Bu müddət ərzində 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilib. Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsinə başlanılıb.