• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1933
— 24.03.2020 20:37

Gəncədə qərargah yaradıldı

KepezTV Player

Koronavirus xəstəliyinin yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ şəkildə həyata keçirilməsi məqsədilə Gəncə Şəhər İcra Hakimiyyətində qərargah yaradılıb. Qərargahın (022)256-15-04 nömrəli qaynar xətti fəaliyyət göstərir.Gəncə Şəhər, Nizami və Kəpəz rayon İcra hakimiyyətlərinin başçıları və əməkdaşları Azərbaycan Prezidentinin ölkədə koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədi ilə aparılan preventiv və profilaktik tədbirlərin gücləndirilməsi barədə çağırışına dəstək olaraq, 1 aylıq vəzifə maaşlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etməyi qərara alıblar.