• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2388
— 24.03.2020 20:24

Cari vəziyyətdə immun sistemini gücləndirmək üçün nə etməli?

KepezTV Player

Xəstəliklərin, infeksiyaların yayıldığı bir dövrdə özümüz də diqqətli olmalıyıq. Sözügedən problemdən özümüzü qorumağın ən yaxşı yolu odur ki, immunitet güclü olsun.

Bəzi insanlar bütün ehtiyat tədbirlərinə baxmayaraq tez-tez xəstələnir. Xüsusən uşaqlarda və yaşlı nəslin nümayəndələrində müşahidə olunan bu halı, mütəxəssislər immun sisteminin zəif olması ilə əlaqələndirirlər. Bəs nədir bu immun sistemi və onu necə möhkəmləndirmək olar? Yaz aylarında - dəyişkən havalarda xəstələnməmək üçün nə edək?

Mütəxəssislər deyir ki, yoluxucu infeksiyanın sürətlə yayıldığı bir vaxtda immun sistemi zəif olan insanlar onu daha tez qaldırmaq üçün tədbirlər görməlidirlər. Belə ki, qida qəbulu ilə immun sisteminin gücləndirilməsi çox vaxt tələb etdiyindən lazım olan vitaminlərin kapsula formasında qəbulu daha məqsədə uyğundur. Zərərli vərdişlərdən uzaq durmaq da vacib məqamdır.

Hər halda, güclü immun sisteminə sahib olmağın ən asan yolu sağlam həyat tərzidir. Hər hansı bir xətəliyə yoluxmamaq üçün isə balanslı və nizamlı qidalanmalı, idmanla məşğul olmaq vacibdir. Övladlarımızı isə uşaq vaxtından buna alışdırsaq, sağlam gələcəyimizi də təmin etmiş olarıq.